O, XX əsrin əvvəllərində Azərbaycanda yeni formalaşan milli hərəkətə başçılıq etmiş, Qafqaz və Rusiya müsəlmanlarının oyanışında, tarix səhnəsinə çıxmasında və milli ideallarına qovuşmasında əvəzsiz rol oynamışdı. Müstəqil Azərbaycan dövlətinin qurucularından biri olmuş və Parisə yollanan nümayəndə heyətinin rəhbəri olaraq Versalda bu dövlətin beynəlxalq aləm tərəfindən tanınmasında tarixi uğura imza atmışdı. Söhbət müstəqil Azərbaycan parlamentinin ilk sədri, görkəmli ictimai-siyasi xadim və böyük fikir adamı Əlimərdan bəy Topçubaşidən gedir.
Professor Cəmil Həsənlinin sizə təqdim olunan bu kitabında Topçubaşinin həyat və mübarizə yolu ilə bağlı bir-birindən maraqlı faktlar yer alır, eyni zamanda onun şəxsiyyətinin bizə məlum olmayan tərəfləri İşıqlandırılır.
ISBN:
9789952245981
Genre:
Tarix
Publishing house:
Altun Kitab
Binding:
Paperback
Author:
Cəmil Həsənli
Pages::
352
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products