Esteban Eçeverriyanın “Əsir qadın” poeması Argentina romantizminin mühüm nümunələrindən biridir. Əsərin mərkəzində yerli tayfanın hücumundan sonra əsir düşən Mariya və Brianın faciəvi taleyi dayanır. Mariya sevdiyi insanı əsirlikdən xilas edərək onunla birlikdə səhradan qaçmağa çalışır. Lakin onları qarşıda aclıq, susuzluq, yaralar, yanğın və ölüm təhlükəsi gözləyir. Məhəbbət, fədakarlıq, azadlıq, zorakılıq və insan iradəsi kimi mövzuları birləşdirən əsərdə səhra sadəcə hadisələrin baş verdiyi məkan deyil, qəhrəmanların mübarizəsini və faciəsini müşayiət edən poetik obrazdır. Sizə təqdim olunan kitab poemanın orijinaldan Azərbaycan dilinə sərbəst poetik tərcüməsidir.
Genre:
Epik poema
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Esteban Eçeverriya
Pages::
136
language:
Azerbaijani
Метка:
SOON!
Product reviews
No one has left a review yet. Be the first!
Similar products