Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−5%

Etika

Publishing house: Kosmo
SKU: 2009873091014
Unit of measurement: pcs.
6.17 AZN
6.49 AZN
Savings 0.32 AZN
Special online price
In stock
“Moskva Bədaye Akademik Teatrın ildə bir dəfə çıxan məqalələr məcmuəsinin” 1944-ci il nömrəsində dərc edilmiş K. S. Stanislavskinin “ETİKA” məqaləsi müəllifin qaralama əlyazmasıdır. Məqalədə çoxlu düzəlişlər, ixtisarlar, əlavələr vardır. Müəllif misalların yerini dəyişməyi nəzərdə tutur, bəzi misalları pozur və yenə saxlayır. Görünür ki, əlyazmasının pozulmuş bəzi yerləri yenidən işlənəcək və bundan sonra əlyazmasına əlavə ediləcəkmiş, çünki onları çıxardıqda məqalədəki məntiqi əlaqə pozulur. Əlyazması yazı kağızı ilə 67 səhifədir və mürəkkəblə yazılmışdır. O, Lenin adına Kitabxananın əlyazmaları şöbəsində saxlanılır. Əlyazması ardıcıl səhifələnməmişdir. Görünür ki, bu məqalə Stanislavskinin çapdan çıxmış “Aktyorun öz üzərində işləməsi” adlı kitabının fəsillərindən birinin variantıdır. Məqalənin yazılış forması və iştirak edən şəxslərin (məktəb müəllimi - Tortsov, şagirdlər - Qovorkov, Vyuntsov) eyni olması da bunu göstərir. Stanislavski kitabın üzərində işlərkən bu fəsli kitabdan çıxarmışdır; çünki o, bu məsələni o qədər mühüm bir məsələ hesab etmişdir ki, onun haqqında ayrıca kitab yazmağı lazım bilmişdir. Teatr etikası məsələləri Stanislavskini teatrda işlədiyi ilk günlərdən məşğul etmişdir. Onun bacısı Zinaida Sergeyevna Sokolova, Stanislavskinin hələ onların evində, Alekseyevski dram dərnəyində nizam-intizam qaydalarını və etikanı pozanların hamısı ilə nə qədər sərt olduğunu söyləyir. Stanislavskin özünün “İncəsənətdə mənim həyatım” kitabının incəsənət və ədəbiyyat cəmiyyətində Şekspir faciəsinin qoyuluşundan bəhs edən “Otello” fəslində yazır: “Bir maneəni başqa bir maneə əvəz edirdi. Əvvəlcə arvadım xəstələndi və buna görə Dezdemona rolunu başqa bir həvəskar qadına verməli olduq, lakin o özünü yaxşı aparmadı - lovğalanmağa başladı və buna görə mən cəza üçün onu işdən çıxarmalı oldum. K. S. Stanislavskinin etika haqqındakı fəsli nə vaxt yazdığını onun 1908-ci ilin avqustunda M. P. Lilinaya yazdığı məktuba əsasən ehtimal etmək olar. Stanislavski xaricdən gəldikdən sonra “Göy quşun” məşqlərini yenidən təşkil edir. O, M. P. Lilinaya yazdığı məktubda deyirdi: “Axşam evdə idim və etika haqqındakı fəsli yazdım. Deyəsən, pis çıxmadı. Dünən bazar ertəsi günü, səhər məşqi zamanı onu aktyorlara oxudum. Deyəsən, məqalə onları düşündürmüşdür və məşq yaxşı keçdi”. Stanislavski ölümündən bir neçə gün əvvəl, yəni 1938-ci ilin avqustun 2-də sanatoriyaya getməli idi. Bu zaman O, adəti üzrə, sanatoriyada olacağı müddət üzərində işləyəcəyi bütün əlyazmaları və qeydləri yığışdırmışdı. “Etika” məqaləsi də bunların arasında idi.
ISBN:
2009873091014
Genre:
İncəsənət
Publishing house:
Kosmo
Binding:
Paperback
Author:
Konstantin Stanislavski
Pages::
64
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
6.64 AZN 6.99 AZN
Doxsan beş tezis
pcs.
8.08 AZN 8.50 AZN
Diskursun nizamı
pcs.
14.24 AZN 14.99 AZN
Təkamül - Böyük Suallar
pcs.
5.70 AZN 6 AZN
Bilinən və bilinməyən tanrı
pcs.
10.44 AZN 10.99 AZN
Özə Qayıdış
pcs.
9.49 AZN 9.99 AZN
Cinsi Sevginin Metafizikası
pcs.
7.59 AZN 7.99 AZN
Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu
pcs.
16.14 AZN 16.99 AZN
İnsan və atom
pcs.
11.99 AZN 14.99 AZN
İncəsənətin Qısa Tarixi
pcs.
8.99 AZN 9.99 AZN
İki səmanın qartalı
pcs.
9.49 AZN 9.99 AZN
Fəlsəfə nədir?
pcs.
11.04 AZN 12.99 AZN
Gələcəkdəki pandemiyanın qarşısını necə ala bilərik
pcs.
10.19 AZN 11.99 AZN
Astrologiya 101
pcs.
13.59 AZN 15.99 AZN
Hər şeyin qısa tarixi
pcs.
5.09 AZN 5.99 AZN
Kamillik elmi
pcs.
21.24 AZN 24.99 AZN
Maarifçilik davam edir
pcs.
10.19 AZN 11.99 AZN
Axmağı tanımaq
pcs.
8 AZN
Ədəbiyyat 5-ci sinif
pcs.