Kitabların qadağan edildiyi, onları oxumaq bir tərəfə qalsın, hətta evdə saxlamağın belə böyük cinayət sayıldığı bir dünya...
Bu gerçəklik içində yanğınsöndürənlərin vəzifəsi alovu söndürmək yox, insanların evlərində gizlətdiyi kitabları tapıb külə çevirməkdir. Sistemin sadiq xidmətçilərindən olan Qay Monteq də işini qüsursuz görür, ondan həzz alır və heç nəyi sorğulamır. Ta ki günlərin birində yeni ekssentrik qonşusu Klarislə qarşılaşana qədər. Klarisin verdiyi bircə sual - "Siz xoşbəxtsiniz?" - Monteqin bütün gerçəklik anlayışını alt-üst edir. Bundan sonra o, illərdir alışdığı mexaniki həyatı və hər gün külə çevirdiyi fikirləri sorğulamağa başlayır.
Rey Bredberinin bu şah əsəri sadəcə distopik, xəyali bir dünyanın təsviri deyil; o, kitabların, azad düşüncənin və bizi biz edən dəyərlərin müdafiəsinə həsr olunmuş, bu gün də aktuallığını qoruyan sarsıdıcı bir alleqoriyadır...
ISBN:
9789952616026
Genre:
Fantastika
Publishing house:
Mimta Yayımları
Binding:
Yumşaq
Author:
Rey Bredberi
Pages::
216
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products