Kitabda cümhuriyyət tariximizin məşhur simaları M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, Ə.Hüseynzadəyə, Ə.Ağaoğluna, A.İldırıma, M.B.Məmmədzadəyə, İ.Aşurbəyliyə, Ə.Cəfəroğluna, eləcə də M.Ş.Vazehdən dərs almış alman şairi F.Bodenştedtə aid olduqca maraqlı şəkil və məktublarla, Azərbaycan Parlamentinin açıldığı gün çəkilmiş nadir foto ilə, "Həyat" qəzetinin redaksiyasına, o dövrün digər məşhur təşkilatlarına, öndə gedən digər şəxsiyyətlərinə aid yeni məlumatla tanış olacaqsınız. Unikal sənədlər sayəsində bir çox bu kimi suallara da cavab tapacaqsınız: Bakının xilaskarı Nuru paşanı kim öldürüb? Nazim Hikməti Azərbaycanda təəccübləndirən nə idi? Şəfiqə xanım Qaspıralı Nəsib bəy Yusifbəylinin sevgisindən niyə imtina edib? Məmməd Səid Ordubadi Tiflis zindanında nələr görmüşdü? Azərbaycanın ilk naşiri kim olub? "Molla Nəsrəddin" jurnalı necə yaranıb? Mirzə Kazımbəy niyə xristianlığı qəbul edib? Heydər Hüseyunovu iki dəfə intihara vadar edən səbəb nə idi?
ISBN:
9789952494686
Genre:
Tarix, hüquq & Siyasi
Publishing house:
Teas Press
Author:
Dilqəm Əhməd
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 4
Kitabın məzmunu çox zəngin və maraqlı idi. Cümhuriyyəti dövrümüz haqqında çox şey öyrəndim.
Bu romanı oxumaq mənim üçün bir macəra idi. Hər səhifədə yeni bir şey öyrəndim və heç bir anı unutmadım. Əksinə, daha çox təhlil etmək istəyirəm.
Kitab mükəmməldir.
Kitab sosial normalara meydan oxumaq və fərqləri qeyd etmək barədə güclü bir mesaj verir. Müəllif müxtəlif mənşəli personajların həyat və mübarizələrinə toxunur, oxucuya dərindən təsir edir. Tolerantlıq, anlayış və empatiya kimi dəyərləri vurğulayaraq, kitab sosial müxtəlifliyi qeyd edir və mühüm insan hüquqları probleminə diqqət çəkir. “Fərqlilər” fərqliliklərin zənginliyini vurğulayan və bəşəriyyətin ortaq bağlarını kəşf etməyə aparan ruhlandırıcı əsər kimi diqqəti çəkir.
Similar products
Frequently bought together