Adi bir tibb aliminin bu cür möhtəşəm kitab ərsəyə gətirə bilməsinin səbəbini onun geniş erudisiyasında, yeniliklərə açıq olmasında və yazdıqlarını dönə-dönə sınaqdan keçirib doğruluğuna əmin olmasında axtarmaq lazımdır. Burada bütün təbəqələrdən olan
adamlara kömək edə biləcək bir həqiqətin dərk olunması və şəxsi həyatında tətbiq olunması tövsiyə olunur; biz potensialımızı artırmaqla həyatımızın bütün sahələrində inanılmaz uğurlar qazana bilərik. Bu nadir kitab nəzəri biliklərə əsaslansa da, konkret faktlara, müasir
tibbin aciz qaldığı xəstəliklərin uğurla müalicə olunduğu misallara söykəndiyi üçün çox maraqla oxunur. Müəllif və onun komandasının könüllülər üzərində apardığı sınaqların müfəssəl təsviri, pasiyentlərdə yaranan müsbət dəyişikliklərin cədvəllər şəklində verilməsi oxucuda müəllifin doğru yolda olmasına böyük inam yaradır. Xüsusilə beyin və ürəyin qarşılıqlı əlaqəsi barədə olan yeni məlumatlar, bu səviyyənin əldə olunması yolları və nəticənin necə parlaq olduğu barədə bilgilər belə bir rəy formalaşdırır ki, kitab tibb və psixologiyanın sintezindən tam yeni bir elm sahəsinin məhsuludur.
Genre:
Şəxsi inkişaf
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Co Dispenza
Pages::
424
language:
Azerbaijani
Метка:
SOON!
Product reviews
No one has left a review yet. Be the first!
Similar products