“Təbiətin sirlərini faş edən arzunun köləsi” – Viktor Frankenşteyn özünü bu cür adlandırırdı. Qeyri-məmnun, doyumsuz, adını elm tarixinə qızıl hərflərlə yazdırmaq istəyən bir yeniyetmə, bir gənc, bir alim... Lakin qorxunc bir bədheybəti yaratmaqla adını tarixə qızıl yox, qanlı hərflərlə yazdırdı. Bədheybət... Frankenşteynin yaratdığı iblis... Bu iblis dünyanı tanıdıqca yalnız bir şey arzulayırdı – insanların onu sevməsini. İnsanlar onu sevdimi? İyrənc bir bədheybəti kim sevər axı?! İnsanın yaratmaq ehtirası nədir? Yaratdıqlarımız yalnız iblis və bədheybət olacaqmı? Bizi yaratmağa vadar edən qüvvə iblisin özüdürmü? Yaratdıqlarımızla necə, onları sevə, onlara öyrəşə, onlara öz yerimizi verə bilirikmi? Bu suallara cavab tapmadan yaratmaq iddiasına düşən şövqlü, lakin naşı bir elm həvəskarının yaratmaq cəhdinin, tanrılıq iddiasının hər şeyinin əlindən alınması ilə nəticələndiyini göstərən bu roman təkcə qorxu janrının əcdadı deyil, həm də yaradan-yaradılan mövzusunda yazılmış ən mükəmməl əsərlərdəndir.
ISBN:
9789952313376
Genre:
Klassika
Publishing house:
Teas Press
Binding:
Yumşaq
Author:
Meri Şelli
Pages::
216
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
Fascinating!👍
Similar products
Frequently bought together