Aqata Kristidən sirr, təhlükə və beynəlxalq intriqa dolu qeyri-adi casus romanı. Diplomat Stafford Nayda Londondan Frankfurta adi bir səfər gözlənilirdi. Lakin hava limanında rast gəldiyi sirli qadının xahişi ilə bir gecəlik kimliyini dəyişdiyi an, həyatının istiqaməti də dəyişdi. Bu qəribə tanışlıq Staffordu təkcə fərdi təhlükənin yox, bütün Avropanı təhdid edən gizli bir təşkilatın mərkəzinə aparır. Faşist ideologiyasının kölgəsindən çıxan, gənclərin beynini yuyan, xaosu silah kimi istifadə edən bu qüvvələrə qarşı mübarizə artıq təkcə fiziki deyil — bu, düşüncə və inam savaşıdır. “Frankfurt yolçusu” — Aqata Kristinin klassik detektiv üslubundan kənara çıxaraq yazdığı azsaylı casus romanlarından biridir. Qlobal siyasi gərginlik, manipulyasiya və kimliyini itirmək qorxusu fonunda yazılmış bu əsər, oxucunu sarsıdan və düşündürən bir hekayə təqdim edir.
Genre:
Detektiv
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Aqata Kristi
Pages::
280
language:
Azerbaijani
Метка:
SOON!
Weight, gr:
350
Product reviews
No one has left a review yet. Be the first!
Similar products