Adı dünya ədəbiyyatı klassikləri ilə yanaşı çəkilən yazıçı-dramaturq, publisist, ictimai xadim, Şərqdə ilk satirik “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biridir. Milli ictimai şüurun oyanması və inkişafında müstəsna xidmətləri olan ədib ilk qüdrətli felyeton ustasıdır.
Yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verilmiş, ictimai geriliyi, əsarəti və fanatizmi (“Ölülər”, 1909) böyük cəsarətlə tənqid atəşinə tutmuşdur. “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hüriyət”, “Qurbanəli bəy”, “Rus qızı”, “Zırrama”, “Yan tütəyi” və sair hekayələri Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur.
ISBN:
9789952242201
Genre:
Hekayə
Publishing house:
Altun Kitab
Binding:
Paperback
Author:
Cəlil Məmmədquluzadə
Pages::
224
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products