Müstəqillik dövrü ədəbiyyatımızın görkəmli nümayəndəsi Rafiq Tağının hekayələr toplusunun I cildini sizlərə təqdim edirik. Bu hekayələri oxuyarkən siz yaxın keçmişimizə səyahət edəcək, yazıçının sehrli qələmi ilə zamanın girdabında itmiş, qeyb olmuş gerçəklikləri geri gətirəcək, bu dövrün bədii salnaməsi ilə tanış olacaqsınız.
Rafiq Tağı usta bir hekayəçidir, onun hər bir hekayəsini sıxılmış roman adlandırmaq olar. Hekayələr kinematoqrafik özəlliyə malikdir, təsvir edilən hadisələr görsəldir və güclü dinamikaya malikdir. Hekayələri oxuyarkən eyni zamanda Rafiq Tağının üslubundakı poetizmə diqqət etmənizi tövsiyyə edirik. Yazıçı kövrək təbiətlidir, bəzən göz yaşlarını üstələmək üçün yumora, sarkazma geniş meydan verir, şairanə təbiətini gizlətməyə çalışır. Lakin yazıçının bu cəhdlərinə baxmayaraq, hekayələrdəki şairanə incəlik, bəzən sentimental xəyalpərəstlik düşüncəmizin alt qatında özünə yer edir və hekayələri oxuyub bitirsək də, bu əhval-ruhiyyə bizimlə həmişəlik qalır.
ISBN:
9789952369311
Genre:
Hekayə
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Rafiq Tağı
Pages::
344
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together