Sizə nəql ediləcək hekayə üç dostun bir-birinə qarşı duyduğu qardaşlıq sevgisindən bəhs etməkdədir. Bu elə tərifəlayiq bir sevgidir ki, haqqında eşidən qulaqlar ağla məstlik, ürəyə isə yumşaqlıq yayardı. Hər üç dost bir-birinə qarşı o qədər sədaqətli, birlikdə olanda o dərəcədə gözəgəlimli olurdular ki, onları görənlər canıyanarlıqla mərhəmətli və nəvazişdən alov şölələnən baxışları ilə onları süzməkdən heç bezməz, ətrafa sevinc yaya-yaya və qəlbinin dərinliklərindən gələn həyəcana ram olaraq çöhrəsi təbəssümdən işıqlanardı. Onların şən və qayğısız birgəlikləri qəlblərinə dolan şadlıq və ümid işartılarını hər gün bir az da artırardı. Onların gözlərində yenicə işarmağa başlayan gənclik və həyat eşqi bəxtəvər ömürlərini günü-gündən daha çox al-əlvan rənglərə bürüyər, onları daha xoşxasiyyətli edər, şeylərə qarşı daha səriştəli olmağa çağırardı və fitnə-fəsaddan uzaqlaşmağa, yalan-palan işlər tutmamağa, idbar olan hər şeydən gen gəzməyə meyilləndirərdi. Onlar sonsuz sevgi, əbədi dostluq və sarsılmaz birgəliklərinin himayəsi altında ömür sürərdilər.
ISBN:
2001330614637
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Kamuran
Pages::
224
language:
Azerbaijani
Метка:
Bestseller, Ekspress
Product reviews 1
Həyatımda belə mənasız, maraqsız, lazımsız bir əsər görməmişəm. Çap üçün istifadə olunan kağızlara hayıfdır e.Uşaq nağılları belə bundan maraqlı və mənalıdır. Bu kitabı oxumağa sərf edlədiyim vaxta hayıfım gəldi. Pula da həmçinin. Məncə bekarçılıqdan yazılıb bu kitab. Belə "əsər" yazmağa nə var ki. Ola bilsin "yazıçı"nın ilk kitabıdır ilk əl işidir ona görə belə olub. Hər bir halda əgər növbəti dəfə nəsə yazmaq fikrinə düşsə uğurlar arzu edirəm. Amma məncə özünə başqa bir iş tapsa daha yaxşı olar)).
Similar products
Frequently bought together