Aforizmlər ədəbiyyatın ən çətin sahəsidir. Çünki aforizmdə yazar bir-iki cümlə ilə bəzən böyük bir əsərin ideyasını ifadə edir. Və maraqlı aforizmlər sonralar atalar sözləri kimi dillər əzbəri olur, insanlar onlardan çox bəhrələnirlər. Mən dünyada bir çox yazıçılar, filosoflar, dövlət xadimləri və başqa peşə sahibləri tanıyıram ki, onların yazdığı aforizm və sitatlar dünya xalqlarının sevə-sevə oxuduğu və öz həyatında tətbiq etdiyi qızıldan qiymətli fikirlərdir. Bu isə müəllifdən orijinal düşüncə tələb edir. Ona görə də aforizm yazmağa hətta yüksək təfəkkürlü insanlar belə çox vaxt cürət etmirlər. Çünki bu işin məsuliyyətini başa düşürlər. Deməli, aforizmlər müəllifi çox böyük təfəkkürə, dərin ağıla, yüksək müşahidəyə və həddindən artıq böyük fəlsəfi duyuma, təxəyyülə malik olmalıdır. Bununla yanaşı, çoxlu aforizmlər və atalar sözləri oxumalı, çoxlu əsərlər mütaliə eləməlidir ki, öz aforizmlərində təsadüfən başqa müəllifləri təkrar etməsin.
Qarşımda yaxından tanıdığım, maraqlı yazıçı Hümbət Həsənoğlunun yeni “Aforizmlər” kitabı var. Burada müəllifin 1400-ə qədər aforizmi toplanıb. Bu onun ikinci “Aforizmlər” kitabıdır. Mən onun birinci aforizmlər kitabını da oxumuşdum və həmin kitaba da ön söz yazmaq mənə nəsib olmuşdu. Bu kitabı da böyük həvəslə oxudum və bir daha Hümbət Həsənoğlunun ağlına, təfəkkürünə, böyük fəlsəfi düşüncəyə malik olmasına heyran oldum.
ISBN:
9789952366785
Genre:
Aforizm
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Hümbət Həsənoğlu
Pages::
150
language:
Azerbaijani
Метка:
Ekspress
Product availability:
есть в наличии
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together