Kitab hüquqşünas olmaq istəyənlər üçün mütləq bilinməli olan məsələləri izah etmək məqsədi ilə yazılıb və bakalavr tələbələri üçün oxunması vacibdir.Bu kitabda ümumi hüquq elminə aid olan əsas mövzular ələ alınıb; hüquq sistemi və hüququn institutlarının nəzəriyyəsi, onların qarşılıqlı əlaqələri haqqında bəhs olunub. Verilən mövzular elə bir system daxilində oxucuya təqdim olunub ki, onlar anlaşıldığı təqdirdə oxucunun özü həmin mövzülar haqqında sərbəst təhlil apara biləcəkdir, məsələn “evlənmə” institunu şərh edə biləcəkdir, onun necə tənzimlənməli olduğu haqqında fikir yürüdə biləcəkdir. Kitabda hüququn ümumi və alt prinsipləri təfsilatlı şəkildə işlənib, onların tətbiq qaydası göstərilib.Kitabda “Dövlət Nəzəriyyəsinə” aid mövzular yer almayıb. Çünki dövlət nəzəriyyəsi Konstitusiya hüququ elminin araşdırma predmetidir. Bu kitabda isə Dövlət Nəzəriyyəsinə aid sadəcə hakimiyyətlər bölgüsü təhlil olunub, çünki onun düzgün başa düşülməsi və tətbiq edilməsini hüququn bəzi vacib prinsipləri tələb edir.
ISBN:
2000000533407
Genre:
Hüquq
Publishing house:
Qanun Nəşriyyatı Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Fərhad Mehdiyev
Pages::
472
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products