Yonqcu ətrafındakıların ondan gözlədiyi hər şeyə sahib olmuşdu: yaxşı təhsil, uğurlu karyera və cəmiyyətin "mükəmməl" adlandırdığı bir həyat... Lakin uzaqdan qüsursuz görünən bu nizam onun daxilindəki boşluğu doldurmağa yetmir. Ruhu bitmək bilməyən təziqə və amansız tempə tab gətirməyəndə o, qəti bir qərar verir: hər şeyi bir tərəfə qoyub uşaqlıq arzusunu gerçəkləşdirəcək.
Və beləliklə, Seulun sakit bir məhəlləsində "Hyunam-donq" kitab evini açır.
Eyniadlı məhəllədə yerləşən bu kitab evi vaxt keçdikcə təkcə kitab və kofe satılan bir məkan olmaqdan çıxıb yorğun ruhların, yarımçıq qalmış arzuların və ən əsası, yeni başlanğıcların ünvanına çevrilir.
Hvanq Borımın (Hwang Bo-reum) qələmindən çıxan "Hyunam-donq kitab evi" sürətin və bitmək bilməyən rəqabətin hökmranlıq etdiyi, hər kəsin fasiləsiz hərəkətdə olduğu, uğurun yalnız irəli getməklə ölçüldüyü müasir dünyaya qarşı səssiz, lakin təsirli bir üsyandır.
ISBN:
2009873160468
Genre:
Müasir xarici nəşr
Publishing house:
Mimta Yayımları
Binding:
Yumşaq
Author:
Hvanq Borim
Pages::
312
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products