İngilis ədəbiyyatı müəllimi Leda illərini işinə və iki qızına həsr etmiş, orta yaşlarında bir qadındır. Qızları böyüyüb Kanadada yaşayan atalarının yanına köçəndə Leda uzun illərdən sonra ilk dəfə heç kim və heç nə üçün cavabdeh olmadığının fərqinə varır, gözlənilməz olduğu qədər yeni də olan bu hisslər onu ağuşuna alır: yüngüllük və azadlıq.
Beləcə İtaliyanın cənubunda, dəniz kənarında uzun bir yay tətili keçirməyə qərar verir. Günlərini günəşlənmək, üzmək, kitab oxumaq və yarımçıq işlərini tamamlamaqla keçirmək istəyir. Ancaq sakit başlayan tətil getdikcə izaholunmaz bir narahatlığın kölgəsində qalır... Sahildə qarşılaşdığı ailə - Nina və balaca qızı Elena təsadüfən Ledanın həyatına daxil olub qurduğu nizamı alt-üst edir. Gənc ana ilə qızı arasındakı münasibət Ledanın yaddaşında illərdir ki, susdurduğu xatirələri oyadır.
Elena Ferrante analığın toxunulmazlıq mifini dağıdır və bizi etiraf etməyə cəsarət etmədiyimiz hisslərlə üz-üzə qoyur. Analıq hakkında bizə öyrədilən bütün gözəl hekayələrin arxasında hansı hisslər gizlənir? Bir qadın ana olmamışdan əvvəl kim idi və ana olduqdan sonra özündən nə qədər uzaqlaşa bilər?
ISBN:
9789952857153
Genre:
Roman
Publishing house:
Nebula Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Elena Ferrante
Pages::
192
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products