“Kitabi-Dədə Qorqud” bir müqəddimə və 12 boydan ibarət dastandır. Bir sıra alimlərin fikrinə görə, bu dastanlar əsasən, X-XI əsrlərdə Azərbaycanda cərəyan edən hadisələrlə səsləşməkdədir. Eyni zamanda, həm də “Oğuznamə” adlanan bu dastanların bir sıra başqa xalqlarda da dastan, nağıl, əfsanə şəklində yaşayan qolları ilə müqayisəsindən aydın görünür ki, bunlar məhz Azərbaycanda Azərbaycan ozanları – aşıqları tərəfindən yaradılmışdır.
“Kitabi-Dədə Qorqud”un bir əlyazma nüsxəsi Drezden kitabxanasındadır. Bu nüsxə haqqında ilk məlumat XIX əsrin əvvəllərində verilmişdir. Son illərdə isə Vatikanda bu əsərin ikinci bir nüsxəsi tapılmışdır. İtalyan alimi Ettore Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə 12 boy – dastanın altısı vardır.
“Kitabi-Dədə Qorqud” dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın, ümumiyyətlə, mədəniyyətimizin tarixini öyrənməkdə böyük əhəmiyyətə malikdir.
ISBN:
9789952364095
Genre:
Uşaq ədəbiyyatı
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Hard cover
Pages::
232
language:
Azerbaijani
Метка:
Ekspress
Similar products
Frequently bought together