Cart is empty

Kömək edin , bağışlayın

Publishing house: Qanun Nəşriyyatı

Product not available

Product not available
Free delivery in Baku
ISBN: 9789952265019
Frederik Beqbeder, avropa ədəbiyyatı ulduzu, ”99 frank”, ”Məhəbbət üç il yaşayır.”, “Windows on the World”, “Romantik xudbin” kimi dünya bestsellerlərinin müəllifi, bu illər ərzində Rusiyaya etdiyi qalmaqallı səfərləri ilə məşhurlaşmışdır. Onun bu səfərləri hər iki paytaxtın gecə klublarında və dəbli barlarında yaşanan qızğın sərgüzəştləri ilə yadda qalıb. O öz yeni romanını da məhz Rusiya haqda yazmışdır. Bu romanın işıq üzü görməsi Fransada böyük qalmaqala səbəb olmuşdu.
Beqbeder öz oxşarı, “99frank” romanının qəhrəmanı Oktav Povan­qonu yenidən səhnəyə çıxarır. Bacarıqlı və arsız reklamçı bu dəfə Rusiyaya gəlir: o, dünya kosmetika sənayesinin nəhəngi üçün yeni “reklam siması” axtarır. Qar, gözəllər və kokain burağanında gicəllənən Oktav qəfildən, özü də hiss etmədən fədakarcasına aşiq olur. Ümüdsüz anlarında o, Müqəddəs İsa məbədindən olan tanış bir keşişə tövbə edir və eyni zamanda öz sərgüzəştlərini şərh edir. “Kömək edin, bağışlayın!” hadisələrin iç üzünü “rus” zəmnində açan roman-etiraf, dəb, qlamur və incə pozğunluq diktaturasına tabe olan bir dünya haqqında paradoksal, istehzalı bir mətn, bir də Turgeniyevsayağı və Beqbedersayağı məhəbbət haqqında bir xatirədir.
Article: 10265
Publishing house: Qanun Nəşriyyatı
Binding: Paperback
Author: Frederik Beqbeder

comments0

comments

One click buying (only for orders in Baku)