İndiyədək yer üzündə baş verən epidemiyalar, xüsusən vəba virusları «dünyaya ağalıq edib». Mikroskop altında çil-çirağı xatırladan qəhvəyi rəngli tac kimi görünən bu virus, ölkələr dağıdıb, insanları öz yurdlarından didərgin salıb, min illik taxt-tacı çökdürüb, hakimiyyətləri viran qoyub məhv edib. Virusa tutulan şəxs, kimliyindən asılı olmayaraq harada yaşamağından asılı olmayaraq ölümlə üz-üzə dayanır və sonda məğlub olur. milyardlarla dollar xərclənib ki, yer üzünü, insanlığı, həyatı bu ölüm viruslarından xilas etsin. Amma mümkün olmayıb. Ölənlərin sayı o qədər çox olub ki, onları yandırmaq da mümkünsüz sayılıb. Məsələn, 165-ci ildə Roma İmperiyası Vəba virusundan dağılıb, viran qalıb, 5 milyon nəfərdən çox əsgər sıradan çıxıb. Nəticədə imperator Mark Avremyanın özü də vəbadan həlak olub.
Məlumata görə dünyanın üç peyğəmbəri də bu xəstəliyin sindromlarından vəfat edib (Bununla bağlı məlumatlar keçmiş ittifaqın kəşfiyyat mərkəzinin ETİ-nun arxivində qorunur).
Tarix göstərir ki, Azərbaycanın da taleyi bu viruslar kralının ölüm hökmündən yan keçməyib. Nəticədə, Azərbaycan VI əsrdən üzü bəri, 109-cu, 1347-ci, 1771-ci, 1826-cı, 1916-cı, 1957-ci və s. illərdə baş verən epidemiyada 8 milyon 750 min nəfər insan itirdi… Amma epidemiya və onun sindromları davam edir. Epidemiyalara qarşı mübarizə aparan Azərbaycan həkimlərindən təqribən 80 min nəfər bu yolda həlak olub.
Müəllifin çox çətinliklə əldə etdiyi Ən məxfi materialları əhatə edən və bilavasitə genetikamızı dəyişən və onu həmişə qorxu altında saxlayan Vəba virusuna qarşı vaksin axtaran azərbaycanlı həkim-professor, öldürülən Lətif Vəliyevlə bağlı çox maraqlı tədqiqatı açıqlanır.
ISBN:
9789952368178
Genre:
Tibb, sağlamlıq
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Rövşən Novruzoğlu
Pages::
392
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 5
Pandemiya dövründə baş verən hadisələr və virus haqqında geniş məlumat verən kitab. Koronavirusun yayılma yolları, onun təsirləri və bu virusla mübarizə üsulları çox yaxşı izah edilir. Oxumağa dəyər, xüsusilə də hazırki şəraitdə, payız qış ayları gəlir, virusların yayqın olduğu bu döndə özümüzü qorumaq mütləqdir!
Mən Orhan Pamukun "Veba gecələri"ni oxuyanda heç düşünməzdim ki, gününmüzdə də bənzər xəstəlik olabilər. Korona virus bələsı haqqda yazılmış kitabın faydası daha çoxdur. Çünki özümüzü necə qorumalı olduğumuzuda öyrənirik eyni zamanda.
"Korona virus" haqqında yazılmış bu kitabı oxumağın tamda fəslidir məncə. Havalar soyuyub müxtəlif qrip virusları yayıldığı bu vaxta oxumaq lazımdir. Çünki kitabda viruslardan necə qorunmağın yolları geniş şəkildə anladılıb. Mən oxuyuram xeyli faydalanmışam
Korona virusu,eləcə də,tarix boyu yayılmış ən ağır xəstəliklər haqqında çox geniş yazılıb.Dəqiq və ətraflı məlumat verilib.Millətimizin çətin imtahanları,ağrılı-acılı günləri bədii və dəqiq formada təsvir edilib.Oxuduqca pandemiya zamanı çəkdiyimiz əziyyətlər yenidən gözümün önündə canlandı
Virusla bagli her sey cox aydin tehlil edilerek yazilib. Men virusun tugyan elediyi bir vaxtda sifarisle almisdim. Sag olsunlar, eve qeder getirmisdiler.
Similar products
Frequently bought together