Körpüsalanlar İlyas Əfəndiyevin yaradıcılığında özünəməxsus yer tutan və oxucular tərəfindən maraqla oxunan əsərdir. XX əsrin ortalarında dərc olunan bu əsəri Mərkəzi Komitə qadağan edir. Baş qəhrəman Səriyyənin əxlaq qaydalarını pozduğunu və bunun cəmiyyətdə problemlər yaradacağı isə səbəb olaraq göstərilir.
Əsərdə o dövr üçün yeni olan konsepsiyaya – qadın azadlığı və problemləri məsələsinə fərqli baxış bucağı ilə toxunulur. Səriyyə ədəbiyyatımızda meydana gələn yeni qadın obrazlarından biridir. Romanda quruculuq, inkişaf və istehsal əsas fon olaraq qalır. Bu fonda Səriyyənin mürəkkəb daxili dünyası, onu ağuşuna alan qəribə duyğular, Adilin düşdüyü çətin vəziyyət və verdiyi reaksiyalar canlı, dolğun təsvirlərlə, koloritli dialoqlara, hərəkətli təhkiyə ilə gücləndirilib oxucuya ötürülür.
ISBN:
9789952369830
Genre:
Klassika
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
İlyas Əfəndiyev
Pages::
160
language:
Azerbaijani
Series:
Azərbaycan Klassikləri
Метка:
Bestseller, Ekspress
Product reviews 3
Klassik əsərlər, oxuculara müstəqil təfəkkür etməyə və təsəvvür etməyə təşviq edir.
Roman Azərbaycanın ictimai-siyasi dəyişikliklərindən, insan münasibətlərindən, şəxsi travmalardan bəhs edən təsirli romandır. Əsərdə personajların daxili ziddiyyətləri, tarixi dövrlərdə baş verən dəyişikliklər və insan təbiəti haqqında dərin təhlillər verilmişdir. Əfəndiyev öz əsərində sosial problemlərə, insanların daxili aləminə dərindən düşündürücü nöqteyi-nəzərdən hopdurucu bir fantastika təqdim edir.
İlyas Əfəndiyevin “Körpüsalanlar” kitabı Azərbaycanın sosial və mədəni həyatını parlaq şəkildə əks etdirən mühüm əsərdir. Müəllif romanında ənənəvi və müasir dəyərlər arasındakı ziddiyyətlərə diqqət yetirərək oxucunu düşündürür. Kitab personajların yaşadıqları çətinliklər və onların dəyişən dünyaya münasibəti vasitəsilə fərdin öz şəxsiyyəti ilə sülh axtarışlarını anlamağa imkan verir. Unudulmaz, möhtəşəm bir əsərdir.
Similar products
Frequently bought together