Məşhur insanların şəxsi həyatı bütün dövrlərdə hamı üçün maraqlı olub. Həmin məşhuru başqa bir məşhurun baxış bucağından görmək isə ikiqat maraqlıdır. Bu mənada əlinizdəki kitabın dəyəri çox böyükdür. Burada gənc, istedadlı bir müəllif dahi Tolstoyla ünsiyyətini, ondan öyrəndiklərini səmimi duyğularla qələmə alıb. Əslində, bu iki yazıçının təkcə yaşı deyil, dünyagörüşü də xeyli fərqli idi. Kitabın daha bir üstünlüyü müxtəlif mövzularda aparılan polemikalardır. Qorki bir çox fikirləri ilə razılaşmasa da, Tolstoyu çox yüksək qiymətləndirir, onu dahi kimi qəbul edir. Kitab Tolstoyu daha yaxından tanımaq üçün tutarlı bir mənbədir.
ISBN:
9789952381153
Genre:
Memuar
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Maksim Qorki
Pages::
96
language:
Azerbaijani
Series:
Mini Klassika
Метка:
Ekspress
Product reviews 3
Tolstoy mənim sevdiyim yazıçılardan biridir, ona görə bu kitabı oxumaq mənə xüsusi zövq verdi. Onun şəxsi həyatı və düşüncələri haqqında çox şey öyrənə bildim. Hər kəsin gördüyü böyük yazıçının arxasında necə bir insan dayandığını bilmək çox maraqlı idi.
Oxuyarkən mətnin təsiri hiss olunurdu. Tərcümədə müəllifin yazı tərzini dəyişməyiblər. Mümkün olan ən uyğun kəlmələrlə əvəzləyiblər. Oxumağa dəyəcək kitabdır.
Qorki Tolstoyun heç vaxt onu Çexov qədər sevmədiyini deyir, amma biz burda Tolstoyun kimliyini Qorkidən öyrənirik. Böyük ürək bunu istəyir👍
Similar products
Frequently bought together