Kitabda Renesans dövrü qabaqcıl fransız mədəniyyətinin humanist və azadlıqsevərlik
ideyaları öz parlaq əksini tapmışdır. Bədii-fəlsəfi janrda yazılan bu əsərdə Monten
keçmişin və yaşadığı dövrün tarixi faktları ilə bağlı düşüncələrini və müəyyən ictimai
mövqeyə məxsus olan insanlarla bağlı apardığı müşahidələri oxucularla bölüşür. Cəhalətə,
dini fanatizmə qarşı çıxan yazıçı dövrünün bir sıra qayda-qanunlarını çox səmimi
bir dillə tənqid edir. Skeptisizm, zərif fransız yumoru, həqiqilik əsərin diqqətçəkən
məziyyətlərindəndir.
Böyük fransız yazıçısı və filosofu Mişel Monten 28 fevral 1533-ci ildə anadan olub. Bir
zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edir, “de
Monten” zadəgan tituluna layiq görülür. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan
yəhudi ailəsindən idi.
Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21
yaşında məhkəmədə vəzifə alır. 1572-ci ildə 38 yaşında ikən üç kitabdan ibarət “Təcrübələr”
əsərini yazmağa başlayır. İlk iki kitab 1580-ci ildə işıq üzü görür. 1580-1581-ci illərdə yazıçı
İsveçrə, Almaniya, Avstriya və İtaliyaya səyahətə çıxır. Səyahət zamanı qələmə aldığı “Yol”
qeydləri yalnız 1774-cü ildə çap olunur. Mişel Monten iki dəfə Bordonun meri seçilir. Esse
yaradıcısı sayılan yazıçı 13 sentyabr 1592-ci ildə vəfat edir.
ISBN:
9789952266993
Genre:
Klassika
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Mişel Monten
Pages::
156
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together