Yay tətili darıxdırıcı keçən doqquz yaşlı Mais səyahət arzusundadır. Bir gün o, kompüter proqramçısı olan əmisinin qeyri-adi ixtirasından xəbər tutur və Netlandiya adlı qəribə aləmə düşür. İnternetin canlı və maddi dünyası olan Netlandiyada axtarış sistemləri danışır, oyun qəhrəmanları canlanır, viruslar hücuma keçir.
Mais Netlandiyada həm maraqlı macəralar yaşayır, həm də təhlükə ilə üz-üzə qalır. Balaca qəhrəmanımız bu təhlükələrdən necə xilas olacaq? Netlandiyada səyahət edən ilk insan olan Mais evlərinə qayıda biləcəkmi? Bəs ailəsi bunun üçün hansı addımları atır?
Bu suallara cavab tapmaq üçün Şəbnəm Xeyrullanın “Mais Netlandiyada” kitabını mütləq oxuyun.