Həsən Həsənovun təqdim olunan monoqrafiyası Azərbaycanın qədim tarixinin mühüm məsələlərini əhatə edən kompleks fənlərarası tədqiqata ilk cəhddir. Monoqrafiyada Azərbaycan adlı ölkənin mənşəyi və onun hakim sülalələri kimi problemlər öz əksini tapıb. Əsərdə tutarlı arqumentlərə əsaslanan və Azərbaycan adlı ölkənin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya təqdim olunur. Əsərin adından tarixin cəmi 10 ilindən söz açıldığı görünsə də, əslində kitab həmin dövrdən əvvəlki və sonrakı bir neçə əsrin hadisələrini əhatə edir. Antik dövr Azərbaycanının görkəmli dövlət xadimi Atropatın obrazı və onun Makedoniyalı İsgəndərlə əməkdaşlığı monoqrafiyada müfəssəl işıqlandırılır. Müstəqil Atropatena dövlətinin mərhələli yüksəliş prosesi elmdə ilk dəfə olaraq ətraflı təsvir edilir. Qədim Midiya və Atropatenanın ərazi hüdudları və onların etnik tərkibinə dair problemlərin əsərdə geniş işıqlandırılması faktını da xüsusi qeyd etmək lazımdır. Kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ISBN:
9789952515329
Genre:
Tarix
Publishing house:
Teas Press
Binding:
Yumşaq
Author:
Həsən Həsənov
Pages::
300
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together