Frenk Kaupervud birja dəllalıdır. Birjada Filadelfiya şəhər bələdiyyəsinin vasitəçisi olaraq maliyyə əməliyyatları aparır, əlindəki külli miqdarda vəsaitdən istifadə edir, paralel olaraq öz biznesini də qurur və xeyli varlanır. Ancaq Frenk bu işdə tək deyil. O, Respublikaçılar Partiyası şəhər təşkilatı rəhbərlərinin şəhər xəzinədarı vəzifəsinə oturtduqları Corc Stinerlə əlbirdir. Bacarıqsız və istedadsız, vəzifəyə ancaq qorxaq və itaətkar olduğuna görə təyin edilən Stiner diribaş və çevik, birja və maliyyə məsələlərindən son dərəcə yaxşı anlayan Kaupervudun sayəsində əməlli-başlı varlanır. Ancaq qonşu Çikaqoda qəflətən baş verən fəlakət – irimiqyaslı yanğın hər şeyi bir anda alt-üst edir. Birjada qalxan panika Kaupervudu müflis edir və nəticədə, şəhər xəzinədarı ilə aralarındakı gizli maliyyə fırıldaqları üzə çıxır, hər iki şəxs məhkəmənin qərarı ilə həbs olunur. Lakin onların həbsinin əsas səbəbi bələdiyyə xəzinəsindən götürülən vəsaitin israf olunması deyil. Çünki bu presedent əvvəllər də olub. Məsələ burasındadır ki, Kaupervud evli olduğu halda, partiya boslarından birinin – Batlerin qızıyla eşq macərası yaşayır və bundan xəbər tutan ata, nəyin bahasına olursa-olsun, qızının namusunu ləkələyən adamdan qisas almaq istəyir.
ISBN:
2000923387675
Genre:
Klassika
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Teodor Drayzer
Pages::
480
language:
Azerbaijani
Series:
Qırmızı Klassika
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together