Korporativ maliyyə qarşısında acizsiniz? Rəqəmlər və istilahlar sizi yorub? Digər tərəfdən də daha səmərəli idarəetmə üçün onları başa düşməlisiniz? "Maliyyənin əsasları" fundamental anlayışlara aydınlıq gətirəcək, sizi aşağıda sadalanmış əsas termin və konsepsiyalarla tanış edəcək: maliyyə bəyanatlarını necə gözdən keçirməli; xərcləri və qazancı necə dəyərləndirməli; büdcə tərtibatına və proqnozlara nələrin daxil olması; şirkətin maliyyə rifahını necə ölçməli. 20 dəqiqəlik menecer seriyası Vaxtınız çox deyil? Başlıca biznes biliklərini ən qısa müddət ərzində əldə edin. Intensiv kurs və ya qısamüddətli təkmilləşdirmə proqramı axtarmağınızdan asılı olmayaraq iddialı peşəkarlar və müdirlər üçün fundamental qiraət materialı olan HBR-in "20 dəqiqəlik menecer" seriyasında məhz istədiyinizi tapacaqsınız. Kitabların hər biri yığcam, praktik vasitə olduğundan yaddaşınızı idarəçilik haqqında müxtəlif fundamental mövzularla təzələməyə vaxt qazanacaqsınız. Biznesdə ən etibarlı mənbədən əlüstü oxuya və dərhal tətbiq edə biləcəyiniz tövsiyələr.
ISBN:
9789952510959
Genre:
Biznes
Publishing house:
Teas Press
Binding:
Paperback
Author:
Harvard Business Review
Pages::
148
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Kitab müasir biznes trendlərini anlamağa və onları düzgün istiqamətdə tətbiq etməyə kömək edir. Mən bəyəndim, məsləhətli kitabdır.
Bu kitab iş sahəsində uğur qazanmaq üçün ən vacib addımları nəzərdə tutur. Biznesimi inkişaf etdirmək üçün gərəkli bilikləri və təcrübəni verdi. Əla kitabdır.
Similar products
Frequently bought together