İnsanları materializm dünyagörüşünə hansı səbəblər gətirib çıxardı? Müasir materialist təfəkkür, əslində, nəyə qarşı yönəlmişdi; kilsəyə, yoxsa ümumi teizmə? Materialist düşüncəyə görə “İlk səbəb” problemi, şərq fəlsəfəsində də problemdirmi? Doğurdanmı Təkamül nəzəriyyəsi ilə Tanrının varlığı mövzusu, həmçinin materiyanın əzəliliyi ilə Tanrının mövcudluğu mövzusu birlikdə qəbul edilə bilməz?! Yaradılış anlayışı nədir? Yoxdan varetmə, yoxsa mövcudu varetmə? Bu ziddiyyət necə həll edilə bilər? “Nizam dəlili” ilə, doğrudan da, Tanrının varlığını isbat etmək olarmı? Devid Yumun “nizam dəlili”nə qarşı irəli sürdüyü iradlara veriləcək qaneedici cavab varmı? Mürtəza Mütəhhəri bu önəmli araşdırmasında bu və digər mövzularla bağlı əsaslı təhlillər aparır, mövzularla əlaqəli Ogüst Kont, Rassel, Sartr, Hegel kimi qərb filosoflarının və bunun müqabilində İbn Sina, Molla Sədra kimi müsəlman filosofların baxışını qarşılaşdırır və bu obyektiv təhlillərə əsasən diqqətəlayiq nəticələr əldə edir.
ISBN:
9789952508949
Genre:
Fəlsəfə
Publishing house:
Parlaq İmzalar
Binding:
Yumşaq
Author:
Mürtəza Mütəhhəri
Pages::
224
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together