Avropa mənəvi böhran dönəmini yaşayır. Bəziləri düşünür ki, Avropanın əsrlər boyu Yaxın Şərqə vurduğu zərbələr bumeranq kimi özünə qayıdır. Bu mənəvi deqradasiya Qərb insanının şüurunda və təfəkküründə qlobal çaşqınlıq yaradır. Dəyərlər aradan qalxır və insan həyatı mənasızlıqla əhatə olunur. Milan Kunderanın sonuncu - "Mənasızlığın təntənəsi" romanı bu çaşqınlıq dönəminin tragikomik situasiyalarıyla zəngindir. Bəşəriyyət sanki dəhşətli bir uçurum qarşısındadır və bu uçurumdan xilas yolunu yazıçı müqavimət göstərməkdə görür: "Müqavimət üçün təkcə bir yol qalır - dünyanı ciddi qəbul etməmək". Bu baxış mənasızlığın paradiqmasıdır.
ISBN:
9789952364958
Genre:
Klassika
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Milan Kundera
Pages::
136
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
O, romanlarında mürəkkəb insan münasibətləri və emosional dinamikadan təsirli şəkildə bəhs edir. Personajlar arasındakı əlaqələrə, münaqişələrə və emosional qarşılıqlı təsirlərə diqqət yetirir. Bu da mənim çox xoşuma gəlir.
Similar products
Frequently bought together