“Milçəklər Tanrısı” günümüzdə bir atom müharibəsi zamanı kimsəsiz adaya düşən bir qrup məktəbli uşağın gəldikləri dünyanın adət və ənənələrindən uzaqlaşaraq, insan yaradılışının təməlindəki qorxunc gerçəyi ortaya qoymalarını dilə gətirir. Mövzusu R.M.Ballantinenin “Mərcan Adası” kimi kimsəsiz bir Mərcan adasının cənnətini təcəssüm etdirən mühitdə başlayan bu roman, çağdaş cəmiyyətlərdəki çöküntünün, insan yaradılışındakı köklərini göz önünə gətirmək məqsədilə “Mərcan Adası”ndakı hadisələrdən də fərqli süjet xəttinə malikdir. İnsan ürəyinin dərinliyində yerləşən qaranlığı deşərkən “Milçəklər Tanrısı” daha çox Conradın qısa romanı “Qaranlığın Ürəyi”ni andırır. Qoldinqin romanındakı uşaqlar da başlanğıcda eynilə Kurt kimi, toplumun təzyiqindən uzaq bir örnək sistem qurmaq istəyərkən, get-gedə heyvanlaşır, qorxunc bir xarakterə sahib insana çevrilirlər. Bu hissədən sonra “Milçəklər Tanrısı” əsərinin süjet xətti yuxarıda sadaladığımız əsərlərdən kəskin şəkildə fərqlənərək daha da axıcı olur. Qoldinq bu əsəri ilə kimsəsiz adadakı yaşayışın çətinliklərini, kədərini və ya xoşbəxtliyini anmağı deyil, daha çox, insanlığın düşdüyü mühiti, fərdlər arasındakı mübahisələrin hansı nəticələrə gətirib çıxartdığını göstərməyə çalışır.
ISBN:
2001248844638
Genre:
Klassika
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Uilyam Qoldinq
Pages::
300
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
Uşaqlar cəmiyyətimizdəki ən məsum varlıqlardır. Bəs onlar bir-birilə liderlik və rəqabət davasına başlasalar bu məsumluqlarını qoruya biləcəklər mi? Roman İnsanın müxtəlif situasiyalarda tamam başqa bir insana çevrilməsini, hətta təbiətinə, xarakterinə zidd olan davranışlar sərgiləməsini maraqlı bir üslubda təqdim edir.
Similar products
Frequently bought together