İndi mən də rəfiqələrim uğrunda nəyə qadir olduğumu sübut etməliyəm. Onlar xeyriyyə məqsə-dilə keçirilən buz şousunda iştirak etməyi qərara alıblar, mən isə... Doğrudur, bir dəfə konki üzərində dayanmağa cəhd etmişəm... üçüncü sinifdə. Əlbəttə, güclü səy göstərərək məşq etsəm, faydasını görərəm, amma Makkenzi Hollisteri yaddan çıxarmaq olmaz. O, həmişəki kimi ziyan vurub, hər şeyi korlamaq üçün əlindən gələni edə bilər.
Odur ki, hansısa sehrin köməyilə bir gecəyə dahi fiqurlu konkisürənə çevrilməsəm, daha nələrsə düşünməli olacağam!