Bu kitab bəşər söz xəzinəsinə əvəzsiz töhfələr vermiş, dühası çoğrafi və fiziki
məkana sığmayan Azərbaycan mütəfəkkiri, öz təbiri ilə desək, dünyanın cadu
sözlü şairi, klassik farsdilli şeirdə Aran-Azərbaycan məktəbinin zirvəsi sayılan
şeyx və həkim Nizami Gəncəvinin geniş düşüncə dünyası və zəngin mənəvi aləmi
ilə tanışlıq üçün müqəddimə xaraketi daşıyır. “Nur çeşməsi” adı şairin əsərlərindən
götürülmüş və sənətkar bu sözü bir neçə dəfə işlətmişdir. Çeşmə içində saf suyun
durmadan qaynadığı bulaqdır, susamış insan öz yanğısını çeşmə suyu ilə yatırır. Su
eyni zamanda aydınlıq, saflıq və həyat rəmzidir. Xızır dirilik suyuna yetişəndə
onun adi bulaq deyil, nur çeşməsi olduğunu anlayır. Bu çeşmə onun bütün
vücudunu və batini aləmini işıqlandırır, onu əbədiyyətə, yəni aydınlığa və işıqlı
yola qovuşdurur.
“Nur” anlayışı geniş məzmun tutumuna malikdir: hər şey nur vasitəsilə aşkar
olur. Allah, Quran, peyğəmbər, iman, elm, ağıl və əxlaq insanı və onun içində
yaşadığı icmanı nur kimi doğru yola yönəldir. Nizaminin “Hikmət xəzinəsi”
adlandırdığı beş əsərində bədii sözün sehri ilə öz mükəmməl ifadəsini tapan bütün
məzmun və mövzular mahiyyətcə nur çeşməsi olmaqla yanaşı, bəşəri və cəmiyyəti
xaosdan harmonik düzənə, şərdən xeyrə, cəhalətdən elmə, haqsızlıqdan ədalətə,
əsarətdən azadlığa, yalandan doğruluğa, əyrilikdən dürüstlüyə, nəfsi-qaranlıqdan
mənəvi-əxlaqi saflığa səsləyir. Kitabda sadalanan dəyərlər haqqında ümumi
mənzərə yaratmağa cəhd edilir. Əksər yönlərdə tarazlığın və ədalətin kəskin
şəkildə pozulduğu, harınlıq ilə səfalətin, zorakılıq ilə məzlumluğun, zülmət ilə
nurun, haram ilə halalın, məkr ilə səmimiyyətin üz-üzə dayandığı, elm və
texnologiyanın şər məqsədlərə xidmət etdiyi, şaşqınlığın hökm sürdüyü, nəfsin
burulğanları arasında çalxalanan, sevgi, şəfqət və mərhəmətdən məhrum edilən
çağdaş allahsız və qaranlıq dünyada bütün xalqların və ictimai zümrələrin həmin
saf nur çeşməsinə böyük ehtiyacı vardır.
Genre:
Elm
Publishing house:
SİRİUS YAYIN EVİ
Binding:
Paperback
Author:
Nəsib Göyüşov
Pages::
452
language:
Azerbaijani
Product reviews
No one has left a review yet. Be the first!
Similar products