6 ildən sonra yenidən öz kitabım üçün ön söz yazıram. Sonuncu dəfə 2014-cü ildə “Çirkinlik” və “Qadağan olunmuş kitab” nəşr olundu. Bu da 2020-ci il. Dünyanın ən qarışıq ili. Amma axırını gözləməyə dəyərdi. Bu illərdə mənim üçün çox şeylər dəyişdi. Adamlar var ki, baxıram illərdir heç dəyişməyiblər. 14 il əvvəl tələbə vaxtı necə görmüşəmsə eyni qalıblar. Görünüşləri də, danışıqlar da, zarafatları da, xasiyyətləri də, yazıları da. Görəndə çox sevinirəm, amma bilmirəm sevinim yoxsa kədərlənim? Belə mühitdə hansı yenilik ola bilər? Hər il özümə hesabat verəndə soruşuram ki, bu il nə etdin? Üç-beş illik hesabatlarım daha gərgin keçir. Dostların dediyi kimi çox dəyişmişəm. Əsas qoruyub saxladığım dəyərlərlərimdir. Qalan məsələlərə baxanda düşünürəm yaxşı ki, də belədir. Bu altı ildə daha özümü daha çox iş dünyasına verdim. Yazılardan (mütaliələrdən yox) xeyli uzaqlaşdım. Yaradıcı potensialımı pula çevirməyə çalışdım.
ISBN:
2001299934630
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Raqif Raufoğlu
Pages::
120
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
Ilk baxışda kitabın adı diqqətimi çəkdi. Oxumaq istdim. Bu gün sifarişimi verdim. Gözləyək gəlsin.
Similar products