Dostoyevski yaradıcılığında və dünyagörüşündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin «Qoqola məktub»unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm Çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi. Özünün çox da uzaqda olmayan ölüm anlarını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi.
«Ölü evdən qeydlər» əsəri yazıçının məhz Omsk həbsxanasındakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazılmışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dünyagörüşünə ciddi təsir etmişdir.”
ISBN:
2000045797963
Genre:
Klassika
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Fyodor Dostoyevski
Pages::
376
language:
Azerbaijani
Series:
Qırmızı Klassika
Метка:
Ekspress
Product reviews 6
BU ƏSƏRDƏ DOSTOYEVSKİ SÜRGÜNDƏ OLDUĞU VAXTDA QARŞILAŞDIĞI HADİSƏLƏRİ OXUCALINA ÇATDIRMAĞA ÇALIŞIB O Kİ QALDI ÇOX GÖZƏL DƏYƏRLİ OLDUQCA MARAQLI ƏSƏRDİR OXUYUN MÜTLƏQ DOSTOYEVSKİ SEVƏSƏN BU ƏSƏRİ OXUMAYASAN OLMAZ.
Dostoyevski, bu əvəzsiz əsərində Sibir həbsxanasında keçirdiyi illərdə yaşananları qələmə alıb. O, məhbusların həyatını və oradakı şərtləri oqədər real şəkildə təsvir edir ki, oxuduqca tüklərim ürpərirdi. Unudulmaz əsərdir! Kim oxumaq istəyirsən gecikmədən oxusun deyirəm!👍👍👍👍
Dostoyevskinin əsərləri psixoloji gərginlik və dramatik hadisələrlə zənginləşir.
Dostoyevskinin elə bir əsəri yoxdur ki, onu oxuduqdan sonra uzun müddət təsiri altında qalmayasan
Dostoyevski sevənlər bu semi-avtobioqrafik romanı mütləq oxumalıdır.
Salam burda kitabin qiymetin 5 manat 19 qepik yazmisiz Koroglu m/st magazanizdan sorusdum 6 manat 50 qepik dediler bu nece olur?deqiq bir qiymet yazinda
Similar products
Frequently bought together