Yazar haqqında: Feliks Timmermans; (5 iyul 1886-24 yanvar 1947) belçikalı flamand yazıçı və rəssamdır. Tərcümə sahəsində də geniş fəaliyyətləri olub. Əsərlərini niderland [flamand) dilində yazıb. Üç dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi irəli sürülüb.
Feliks Timmermansın bu kitabında beş qəmgin hekayə toplanıb. Yazar hekayələri ölümcül xəstə olduğu çağlarda, şiddətli ağrıların müşayəti ilə yazıb. Oxuculara Alatoran nəşriyyatı tərəfindən təqdim edilən öncəki Timmermans kitabı "Pallietr"dən fərqli olaraq bu kitab həyatın qorxunc, qaranlıq, məşum, ağrılarla, əzablarla dolu tərəfinə işıq salır. Hekayələrdə ölüm müyyən fiziki mövcudluq kimi təsvir edilib, hər hekayənin mövzusu real insanların həyatından, yazıçının şahidlik etdiyi hadisələrdən götürülmüşdür. İnanırıq ki, Feliks Timmermansın bu qorxulu hekayələr toplusu da, daha öncəki nəşrimiz "Pallietr" kimi seviləcək və oxucuların rəğbəti ilə qarşılaşacaq.
ISBN:
9789952987652
Genre:
Roman
Publishing house:
Alatoran Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Feliks Timmermans
Pages::
94
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products