Mən Zaur Bayramoğlu Muradov 10.08.1978-ci ildə Naxçıvan MR Culfa rayonunun Milax kəndində, ziyalı ailəsində doğulmuşam. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, M . Ə. Rəsulzadə adına BDU-nun tarix fakultəsinə daxil oldum. Müəyyən səbəblərdən qiyabi şöbəyə keçirildikdən sonra,1999-cu ilin yanvarında həqiqi hərbi xidmətə yollandım. Həmən ilin yayında seçici zabitlər tərəfindən seçilərək xüsusi təyinatlı qüvvələr məktəbinə oxumağa göndərildim. Kursu birinciliklə bitirdikdən sonra N saylı hərbi hissədə xidmət etməyə başladım.
26.01.2001-ci ildə vəzifə borcumu yerinə yetirərkən aldığım mina partlayış travması nəticəsində hər iki gözlərimi itirdim və altı barmağım uc qismindən amputasiya olundu...
2007 ci ildən 2016-ci ilədək muxtəlif qazetlərdə çalışmışam hazırda yazaram. ‘Öz üzərində qələbə’ və ‘Döyüşlə kəşfiyyat’ adlı kitablarım işıq üzü görüb. Hər iki kitab hərbi vətənpərvərlik mövzusundadır.
Related products
Similar products
Same category
comments0
comments