Uşaq böyütmək heç vaxt asan olmayıb.
Ata-ana olacağını ilk dəfə öyrənən şəxslərin ürəyindən keçənləri soruşsaq, ən çox eşitdiyimiz cavab belə olacaq: "Ya oğlan olsun, ya da qız, fərqi yoxdur. Təki əli-ayağı düz, özü-sözü gözəl olsun".
Ancaq di gəl ki, müasir ata-analar sanki cıdır yarışına dönmüş bu həyat şəraitində uşaq böyütmək üçün əlləşib-vuruşarkən insani keyfiyyətlərə malik, özü-sözü gözəl uşaq böyütməyə bir qədər laqeyd yanaşır.
Əlinizdə tutduğunuz "Özü-sözü gözəl uşaq" adlı bu kitab gülərüz, mərhəmətli, yardımsevər, doğrucul, vicdanlı və mehriban uşaq böyütməyin yollarını göstərir. İnsani xüsusiyyətlərə malik, psixoloji cəhətdən sağlam, tərbiyəli və dürüst uşaq yetişdirməyin əsas şərtləri konkret nümunələr əsasında izah edilir.
Bu kitabın dili o qədər təbii və sadədir ki, orada yazılanları tərbiyə prosesində tətbiq edərkən əsla çətinlik çəkməyəcəksiniz.
Elə isə yerinizi rahatlayıb oxumağa başlayın...
ISBN:
9789952515121
Genre:
Uşaq tərbiyəsi
Publishing house:
Teas Press
Binding:
Yumşaq
Author:
Mehtap Kayaoğlu
Pages::
272
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 3
Uşaqların davranış problemlərini həll etmək üçün, həmçinin uşaqlara gözəl xasiyyəti aşılamaq üçün çox faydalı məsləhətlər var. Hər valideyn üçün əla bir resursdur.
Uşaq tərbiyəsi ilə bağlı kitablar çox oxuyuram.Amma bu kitabı bir başqa sevdim,çox sadə və anlaşıqlı yazılıb.Yazilan fikirlərin hamısı başa düşülən və ən əsası isə tətbiq etmək asandır.Hər kəsə tövsiyə edirəm,mən çox faydasını gördüm❤️👍
Valideyn olmaq,uşaq tərbiyə etmək doğrudan da məsuliyyətli bir işdir.Belə çətin yolda bu kitab mənim əsl köməkçim oldu.Cox axıcı və sadə dillə yazilib.Qiymətli və əvəzolunmaz məlumatlar verilib.Butun valideynlər bu kitabı oxumalidir
Similar products
Frequently bought together