Kitabda ötən əsrin 20-30-cu illərində SSRİ-nin türk-müsəlman xalqlarının və ilk növbədə Azərbaycan türklərinin sovet rejiminə qarşı apardığı milli mücadiləni ləkələmək və gözdən salmaq üçün rus və erməni siyasi müharicətinin əl atdıqları iftira və böhtanları ifşa etmək məqsədilə M.Ə. Rəsulzadənin yazdığı iki məqalə - “Rusiyanın köləliyində” və “Nə “peyin”, nə də “material”, eləcə də “Panturanizm və Qafqaz problemi” adlı məruzəsi yer almışdır.
Kitab tarixçilər, politoloqlar, filosoflar və ictimai-siyasi fikir tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
comments2