Evald Flisar 1945-ci ildə, o vaxt hələ Yuqoslaviyanın bir hissəsi olan Sloveniyada anadan olub, müasir sloven ədəbiyyatının simvoludur.
Romanları, dram əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilib, o cümlədən Azərbaycan dilində bundan əvvəl iki romanı çap olunub. Esseist, redaktor, globe-trotter (98 ölkəyə səyahət etmişdir) kimi hər zaman diqqət mərkəzindədir. Avstraliyanın Sidney şəhərində yeraltı qatar maşinisti, Londonda elm və ixtira ensiklopediyasının (digər nəşrlərlə yanaşı) redaktoru, qısa hekayələrin müəllifi olmuş, BBC üçün radio pyeslər yazmış, eyni zamanda Sloven Yazıçılar Assosiasiyasının prezidenti (1995-2002) olmuşdur.
“Pəncərədən Bax”, heyvanlarla dostluqdan bəhs edən təsirli hekayədir, həmçinin xristian oğlanla suriyalı müsəlman miqrant arasındakı dostluq haqqında fəlsəfi qatlara varan maraqlı əsərdir.
ISBN:
9789956899470
Genre:
Roman
Publishing house:
Alatoran Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Evald Flisar
Pages::
230
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products