Bir axşamüstü səkkiz mennonit qadın Ernestin tövləsində toplaşır. Məqsəd gizli bir yığıncaq keçirib icmada baş verən hadisələr haqqında bir qərara gəlməkdir. Çünki iki ildir ki, bu qadınlar və yüzdən çox qız gecələr “şeytanlar” tərəfindən zorlanır. Bu azmış icmanın rahibi və aşağıçaplıları onları inandırmağa çalışırlar ki, günahlarının cəzasını çəkirlər. Zaman keçdikcə ortaya çıxır ki, bu “şeytanlar” elə onların öz icmalarından olan kişilər imiş — qadınları xanimotdan hazırlanan yuxugətirici dərmanla huşsuz vəziyyətə salıb təcavüz edirmişlər. Həqiqət üzə çıxanda qadınlar ağır bir seçim qarşısında qalırlar: ya bu qəddar sistemdə susaraq yaşamağa davam edəcəklər, ya da icma tarixində ilk dəfə buxovlardan azad olub koloniyanı tərk edəcəklər. Kişilər təcavüzçüləri girov müqabilində həbsdən çıxarmaq üçün şəhərə yollanmışkən savadsız, dünyadan bixəbər, hətta yaşadıqları ölkənin rəsmi dilini belə bilməyən bu qadınlar qərar verməlidirlər. Qalmaq, yoxsa getmək? Əfv etmək, yoxsa azadlığa yol almaq?
ISBN:
9789952463460
Genre:
Roman
Publishing house:
Strauss
Binding:
Yumşaq
Author:
Miriam Teyvz
Pages::
210
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together