Cart is empty
Free delivery in Baku
ISBN: 9789952367171

İsi Məlikzadə “60-cılar” adlanan ədəbi nəslin görkəmli nü­mayəndəsidir. Onu “müasir Azərbaycan povestinin yaradıcı­la­rın­dan biri, gözəl hekayələr müəllifi” adlandırırlar. İsi Məlikza­dənin latın qrafikası ilə ilk kitabı 2005-ci ildə Azərbaycan Res­publikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşr­lərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il ta­rixli sərəncamına əsasən çap edilib.
Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan bu kitabda İsi Məlikzadənin ilk qələm təcrübələrindən həyatının son dönəminə qədər yazdığı, demək olar ki, bütün hekayələri toplanıb. Bu hekayələrə əsasən ədibin yaradıcılıq prosesini, hekayələrindəki inkişafı izləmək mümkündür. Hekayələrin çoxu müstəqillik il­lə­rindən sonra latın qrafikası ilə çap olunmayıb. Əsərlərin ay­rıca kitab şəklində dərci İsi Məlikzadənin yaradıcılığına yeni nə­sillərin diqqətini çəkmək, onu unudulmağa qoymamaq, bədii irsini diqqətdə saxlamaq məqsədi daşıyır. İnanırıq ki, bu kitab İsi Məlikzadə hekayələrini ilk dəfə oxuyanlarda yeni tapıntı, öncədən oxumuşlarda isə dəyərli bir nostalji təsiri yaradacaq.

Article: 9789952367171
Genre: Классика/Klassika
Binding: Yumşaq
Author: İsi Məlikzadə
Pages:: 432

comments0

comments

Similar products

Yumşaq
Məmməd Səid Ordubadi
20%
5.99 AZN
4.79 AZN
Yumşaq
Yusif Vəzir Çəmənzəminli
20%
7.49 AZN
5.99 AZN
Yumşaq
İsmayıl Şıxlı
50%
9.90 AZN
4.95 AZN
Yumşaq
Cəlil Məmmədquluzadə
20%
2.99 AZN
2.39 AZN
One click buying (only for orders in Baku)