Simon Stranqerin kitablarında hadisələr canlıdır, sanki gözümüzün qarşısında baş verir. Dünya tarixinin ən amansız, ən qanlı səhifələrindən birindən – İkinci Dünya müharibəsi illərindən bəhs edən bu kitab vicdan, əxlaq, doğru seçimlə bağlı imtahandır. Simon Stranqer bir qədər qeyri-adi üsul seçərək kitabı muzey şəklində formalaşdırıb. Hər hissə zalları, eksponatları, tarixi hadisələri olan muzeyin bir bölümüdür. Kitab hazırda dünyanı çulğayan müharibələr fonunda daha aktual, daha canlı, daha vacib hadisə kimi səslənir. O, müharibənin insan həyatına təsirindən, dəyərlərimizi, yanaşmalarımızı necə böyük çağırışlar qarşısında qoyduğumuzdan bəhs edir. İkinci Dünya müharibəsində Norveç yəhudilərinin məruz qaldığı soyqırım Simon Stranqerin usta qələmində bir başqa görünüş alır. Təsirli, düşündürücü, hər birimizə bir qədər məsuliyyət payı yükləyən möhtəşəm bir kitabla tanış olacaqsınız. “Qatillər və xilaskarlar muzeyi” Simon Stranqerin azərbaycanlı oxucularla “Qaranlıq və işıq haqqında dərs” kitabından sonra ikinci görüşüdür.
Genre:
Tarixi roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Simon Stranqer
Pages::
400
language:
Azerbaijani
Метка:
SOON!
Product reviews
No one has left a review yet. Be the first!
Similar products