Ivana Brliç-Majuraniç Xorvat ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. "Qədim zamanların nağılları" onun İyirmi beş illik ədəbi fəaliyyətinin zirvəsi sayılır bu əsər, müəllifin yaradıcı simasını özündə cəmləşdirən ən yetkin və dolğun əsəridir. Mövzu baxımından əsasən uşaq yazıçısı olsa da, Brliç-Majuraniç hər yaşda olan oxucular üçün maraqlıdır. İncə zövqü, valehedici səmimiyyəti, əsl sənətkarlıq lirikası ilə dolu, eyni zamanda asan oxunması, dilinin zərifliyi və əyləncəli süjeti ilə dəyərli bir əsərdir. "Qədim zamanların nağılları" qısa müddət ərzində bir çox Avropa dillərinə tərcümə olunub və oxucular arasında böyük uğur qazanıb. Ən zəngin uşaq ədə-biyyatına malik olan Skandinaviya ölkələrində və İngiltərədə onun qeyri-adi isti qarşılanması xüsusi diqqətə layiqdir. İvana bu əsəri yazanda Birinci Dünya Müharibəsi başlamışdı və İvananın oğlu döyüşlərə səfərbər olunmuşdu. Daimi həyəcan, emosional gərginlik nağılların ruhuna təsirsiz ötüşməyib, bu əsərdə həssas ana qəlbinin döyüntülərini duymaq mümkündür.
ISBN:
9789954834343
Genre:
Nağıl
Publishing house:
Alatoran Nəşriyyatı
Binding:
Yumşaq
Author:
İvana Brliç-Majuraniç
Pages::
140
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products