Cart is empty

Qələmsiz yazılanlar

Publishing house: Qanun Nəşriyyatı
Author: Rəşad Məcid
Worldwide, Baku and countrywide delivery!
Free delivery for orders over 50 AZN!
ISBN: 2001165014633

Şair-publisist Rəşad Məcidin “Qələmsiz yazılanlar” silsilə­sində müasir dövrün yaratdığı yeni janrda əsərləri cəmləşib. Çağdaş, dinamik zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan “Status-esselər” müəllifin çoxillik təcrübəsinin, müşahidələrinin, gündəmə iti, bir az ironik, bir az da yumoristik reaksiyasının əksidir. On ildən çox zaman kəsiyini əhatə edən və müəllifin bu müddətdə sosial şəbəkələrdə yazdığı statuslar son dərəcə maraqla oxunur. Bu statuslarda şair Rəşad Məcidin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəmi izləyən və müəyyən mənada özü gündəm yaradan baş redaktor Rəşad Məcidin hadisələrə operativ münasibəti də... Eyni zamanda, aforizm səviyyəsində qəbul edilən fikirlər də bu silsilənin daha bir uğurudur. “Qələmsiz yazılanlar” həm bütöv bir xarakteri ifadə edən bitkin bioqrafik əsərdir, həm də on illik müddətdə ölkə gündəmindən keçən hadisələrin xronikası.
Silsilənin ikinci hissəsi olan “Sms-esselər” bölümü isə böyük bir sevgi etirafı, yaxud ən doğma adamla dərdləşmə kimi qavranır. “Sms-esselər”i yazılmamış bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının qopuqları, parçaları da. İnsan ovqatının təzadlı məqamları – xoş­bəxtlik, səadət, küskünlük, inciklik... “Sms-esselər”in ruhuna hopub. Bir sözlə, “Qələmsiz yazılanlar” birnəfəsə oxunur, amma hər cümlə, hər fikir xeyli düşündürür – qələm olmayan zamandan bu günə kimi bütöv insanlıq tarixi haqqında düşündürür...

Article: 2001165014633
Genre: Esse
Publishing house: Qanun Nəşriyyatı
Binding: Yumşaq
Author: Rəşad Məcid
Pages:: 320

comments0

comments

Similar products

Yumşaq
Nalik Atilay
4 AZN
Yumşaq
Pərviz Cəbrayıl
9.99 AZN
Yumşaq
Anar
4.99 AZN
One click buying (only for orders in Baku)