Frans Kafkanın “Qəsr” romanı XX əsrin başlıca kitablarından biri hesab olunur.
Qəsrə gedən yolun təsviri ilə başlayan romanın süjet xətti həm sadə, həm də xeyli dərəcədə mürəkkəbdir. Bu, bir-birinə bağlı müxtəlif hekayətlərin dolaşıq əlaqəsindən yaranır. Oxucunu bu çətin labirintlə Qəsrə doğru aparan Kafka totalitar cəmiyyətin bütün mahiyyətini ortaya qoyur.