Kori Koqon və Süzet Bleykmorun “Qeyri-rəsmi layihə meneceri üçün layihə idarəçiliyi” kitabı, rəsmi layihə meneceri tituluna sahib olmadan layihələr idarə edən şəxslərə
faydalı bələdçi olacaq. Bu kitab, məhz gündəlik vəzifələrinə əlavə olaraq komanda və ya təşkilat üçün mühüm layihələr həyata keçirənlər üçün nəzərdə tutulub. Koqon oxuculara
layihə idarəçiliyinin əsas prinsiplərini və mərhələlərini sadələşdirilmiş, asan anlaşılan dildə təqdim edir, planlaşdırma, təşkilatlanma, hesabatlılıq, icra və kommunikasiya kimi bacarıqlara xüsusi diqqət yetirir.
Koqon layihənin başlandığı gündən sona çatdığı günə qədərki prosesini, onun hər mərhələsini asanlıqla keçməyə kömək edən, real dünyadan götürülmüş nümunələr və
aydın izah olunmuş addımlarla zəngin bir kitab təqdim edir. Bu bələdçi əməkdaşlığın, effektiv ünsiyyətin və maraqlı tərəflərin gözləntilərinin idarə edilməsinin vacibliyini
vurğulayır, “qeyri-rəsmi” layihə menecerlərinə layihələri uğurla və əminliklə idarə etməyi öyrədir. “Qeyri-rəsmi layihə meneceri üçün layihə idarəçiliyi” kitabı istər kiçik komanda
layihəsi, istərsə də daha geniş təşəbbüslər olsun, istənilən sahənin peşəkar mühiti üçün səmərəlilik, təşkilatlanma və liderlik bacarıqlarını inkişaf etdirməyi qarşısına
hədəf qoyan praktiki qaynaqdır.
ISBN:
9789952586312
Genre:
Biznes
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Kori Koqon, Süzet Bleykmor
Pages::
240
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products