Cəmiyyət anlamadığı hər kəsi cəzalandırır: dünən tonqallarla, bu gün isə qərəzli təcridlə.
Şotlandiyanın kiçik Cuniper kəndinin keçmişində qara bir ləkə – əsrlər boyu ört-basdır edilən dəhşətli bir həqiqət var: vaxtilə burada neçə-neçə qadın cadugər damğası ilə günahsız yerə tonqalda yandırılıb. Onlar cadugər deyildilər, sadəcə başqalarından fərqlənirdilər.
On bir yaşlı autist qız Addinin gözündə bu, adicə tarix dərsi deyil. O, dünyanın səs-küyünü hamıdan fərqli eşidir, detalları hamıdan dərin duyur, hər addımda bullinq və təcridə məruz qalmağın nə demək olduğunu çox yaxşı bilir. Addi kəndin unudulmağa məhkum etdiyi bu günahsız qurbanların hekayəsində öz əksini görür: cəmiyyətin anlamadığı, fərqliliyə görə təcrid edib öldürülməsinə rəvac verdiyi insanları.
Addi bu qadınların xatirəsinə bir abidə ucaldılması uğrunda təkbaşına mübarizəyə başlayanda Cuniperin sakit küçələrində gizlənən qərəzli düşüncələr yenidən baş qaldırır. Bütün kənd susmağı seçdiyi halda, bir qız əsrlərin ədalətsizliyinə qalib gələ biləcəkmi?
El Maknikolun çoxlu mükafata layiq görülmüş bu debüt romanı təkcə keçmişin cadugər ovundan danışmır, bu gün də fərqliliyini qoruyub saxlamağa çalışan hər kəsin manifesti kimi səslənir.
"Müəllif öz neyromüxtəliflik təcrübəsindən güc alaraq Addinin dünyaya qorxmaz və cəsur autist prizmasından baxışını incə bir mərhəmət hissi və dərin fəhmlə yoğurub".
— Kirkus Reviews
"Müəllif (özü də autistdir) qüsurları olsa da, bir-birini sevən səmimi bir ailə modeli təsvir edərək, özünəməxsusluğu ilə seçilən və hamının rəğbətini qazanan Addi obrazını incəliklə işləyərək neyromüxtəliflik haqqında kök salmış mifləri alt-üst edir".
— The Horn Book
ISBN:
9789952864564
Genre:
Müasir ədəbiyyat
Publishing house:
Strauss Nəşriyyatı
Binding:
Yumşaq
Author:
El Maknikol
Pages::
176
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products