“Klassiklər” seriyasında bu dəfə Azərbaycan yazarının əsəri nəşr edildi.
İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu «Qılınc və qələm» romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılmışdır.
Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu «Qılınc və qələm», şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.
ISBN:
2000050867965
Genre:
Klassika
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Hard cover
Author:
Məmməd Səid Ordubadi
Pages::
616
language:
Azerbaijani
Series:
Azərbaycan Klassikləri
Метка:
Ekspress
Product reviews 9
Klassik ədəbiyyat, insan münasibətlərini, ictimai strukturları və həyatın dərin təfərrüatlarını təhlil edir.
Oxumaq istəyirsinizsə gecikmədən sifarişinizi verir. Sonra stokda bitsə çox şeyi qaçırmış olacaqsınız. Çünki çox maraqlı mövsusu var.
Mənim ən favori əsərimdir. Oxumaqdan doymuram. Oxumağı düşünən hər kəsə tövsiyə edirəm.
Mükəmməl romandır.
Online kitab sifariş vermək istəyendə seçimimi sizin saytınızdan edirəm. Çünki müştərini tam razı salırsınız.
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatınin "klassiklər" seviyasını mən çox bəyəndim. İstəyərdim ki, daha tez-tez bu seriyadan olan kitabları çap edəsiniz.
Məmməd Səid Ordubadi vətənpərvərlik, mühacirət təcrübəsi və insan hüquqları baxımından Azərbaycan ədəbiyyatına mühüm töhfələr vermişdir. Onun əsərləri indi də Azərbaycan ədəbiyyatının mühüm tərkib hissəsidir.
Klassik əsərimizi yeni dizaynda görmək məni çox sevindirdi.Çox həyəcanla və maraqla oxudum.İllər əvvəl yazılsada,müasir dövrümüzlə səsləşən mükəmməl romandır.Hər zaman oxumaga dəyər,qiymətli kitablı hər kəsə tövsiyyə edirəm.
Bu qiymətli əsəri tələbəlik illərimdə oxumuşdum.İllər sonra Qılınc və Qələmi yeni cildə görmək məni çox sevindirdi.Yenidən sevə-sevə oxudum.İndi isə kitabxanama gözəllik,rəngarənglik qatır
Similar products
Frequently bought together