Bu kitab, satış dövriyyəsini artırıb gəlirini yüksəltmək həvəsi ilə qaynayan ambisiyalı satış agentləri üçün, öz sahəsinin top 10%-nə aid olan və ya olmaq istəyənlər üçün yazılıb.
Bəzən seminar və ya çıxışlarımı belə bir sualla başlayıram: “Kim bu gün satışla məşğuldur?” Və cavab olaraq yalnız bir neçə əl qalxır. Sonra növbəti sualı verirəm: “Kim ümumiyyətlə satış prosesində iştirak edir?” Bu dəfə isə demək olar hamı əlini qaldırır.
Düzdür! Nə iş görməyimizdən asılı olmayaraq biz hamımız satış prosesində iştirak edirik.
Bu kitabı yazmaqda məqsədim, sizə – hər dəqiqəsi pul olan satış peşəkarına münasib metod və texnikalarla zəngin “cib kitabı” verməkdir ki, bu da sizin effektivliyinizi və nəticələrinizi artıracaq. Bu gün satışla bağlı 4000-dən çox kitab var ki, onların hər biri dəyərli və faydalıdır. Bəs bu kitab onlardan nə ilə fərqlənir? Fərq bu kitabın qısa və məzmunlu olmasıdır. Burada yalnız lazımi məqamlar xırdalanır. Qarşıdakı səhifələrdə, 500.000-dən çox satış peşəkarına keçdiyim təlimlər zamanı aşkar etdiyim və sizin gəlirinizi əhəmiyyətli dərəcədə artıracaq 21 satış prinsipini öyrənəcəksiniz. Bunlar sınaqdan keçmiş və yaradıcı praktikada sübut edilmiş strategiyadır.
ISBN:
2000054297966
Genre:
Biznes
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Brian Tracy
Pages::
153
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 5
Bu kitabdan sonra müştərilərlə ünsiyyət daha asan oldu. Satışla maraqlananlar üçün vazkeçilməzdir.
Kitabda sadə və praktik məsləhətlər var. Həyatımda daha balanslı bir yanaşma yaratmağa kömək etdi və hər günümü daha yaxşı planlaşdırmağa başladım.
👍👍👍👍👍
Bu kitab iş sahiblərinin müasir məsələləri həll etməsi üçün zəruri olan məlumatları əks etdirir.
Mən işlətməcilik üzrə təhsil alıram bu kitab mənə hava, su kimi gərəkli idi mənə. Türkiyyədə təslil aldığım üçün kitabı birbaşa bura sifariş verdim. Karqo çox hızlı oldu. Sifarişimi götürmüşəm artıq. Təşəkkür edirəm! Ali və Nino ekibi, birnömrəsiniz!
Similar products
Frequently bought together