Xalq şairi Rəsul Rza modern Azərbaycan şeirinin öncüllərindəndir. O, ədəbiyyatımıza həm məzmun, həm də forma yenilikləri gətirirdi. Yəni dünyəvi formaya yerli məzmun verməyi bacarırdı. Bununla da milli ədəbiyyatımızı dünya ədəbiyyatına qovuşdurmağa çalışır, onun üfüqlərini genişləndirirdi. Qanun Nəşriyyatı “Azərbaycan poeziyası. Seç-
mə şeirlər” seriyasından Rəsul Rzanın müxtəlif illərdə müxtəlif mövzularda qələmə aldığı şeirləri təqdim edir.