“Səfəvilər” Azərbaycan və ümumilikdə türk tarixinin ən çox mübahisə doğuran dövrlərindən birinə fərqli baxış təqdim edən tarixi-tədqiqat əsəridir. Güntay Gəncalp Səfəvi dövlətinin meydana çıxmasını yalnız hökmdarların və müharibələrin tarixçəsi kimi deyil, dini, siyasi və ideoloji proseslərin qarşılıqlı təsiri fonunda araşdırır. Şeyx Səfiəddindən Şah İsmayıla, Çaldıran savaşından Şah Təhmasib dövrünə, şüubiyyə hərəkatından dini institutların formalaşmasına qədər geniş bir tarixi xətti izləyən müəllif Səfəviliyin Azərbaycan, Anadolu və türk dünyasının sonrakı inkişafına təsirini sorgulayır. Kitab müxtəlif tarixi mənbələrə müraciət etməklə yanaşı, ənənəvi tarix təsəvvürlərini də müzakirəyə açır.
Genre:
Tarix
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Güntay Gəncalp
Pages::
360
language:
Azerbaijani
Метка:
SOON!
Product reviews
No one has left a review yet. Be the first!
Similar products