Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−20%

Səhra çiçəyi

Publishing house: Qanun Nəşriyyatı
Author: Varis Diriye
SKU: 2000053357968
Unit of measurement: pcs.
9.59 AZN
11.99 AZN
Savings 2.40 AZN
Special online price
In stock

Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, dün­yəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır Varis. Somalinin dodaq çatladan susuz səhralarında boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir – beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də bu mübarizənin bir for­masıdır. Tezliklə bestsellerə çevrilən əsəri ilə o, daha da məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən qızcığızlara qurtuluş yolu da göstərmiş olub.

“Səhra çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz.

ISBN:
2000053357968
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Varis Diriye
Pages::
344
language:
Azerbaijani
Метка:
Bestseller, Ekspress
Product reviews 16
AN
Afət Nəsibli

Çox təsirli bir hekayə idi. Müəllifin dili və təsvir gücü hekayəni daha da canlı edir.

SE
Selcan
Maraqlı bir hekayə idi. Bədii əsəri oxumaq məni həm düşündürdü, həm də hisslərimi canlandırdı. Süjet çox gözəl idi.
NS
Nərminə Seyidzadə
Bu kitab məni dərindən təsirləndirdi. Hekayənin inkişafı və müəllifin yazı üslubu mükəmməldir.
AY
Ayla
Çox təsirli, mükəmməl bir əsərdir. Oxumağa dəyər kitabdır 👍👍.
RA
Rahila
Öncəliklə, çox rahat, əla çatdırma etdiniz, buna görə təşəkkür edirəm :)
Kitabın materialı, mövzusu o qədər gözəldir ki, təşəkkürlər :)
5 / 5
5 stars 13 4 stars 0 3 stars 0 2 stars 0 1 star 0 No rating 3
Similar products
7.99 AZN 9.99 AZN
Çaldıran döyüşü
pcs.
12.72 AZN 15.90 AZN
Gecəyarısı uşaqları
pcs.
7.92 AZN 9.90 AZN
Səmərqənd
pcs.
Frequently bought together
20.79 AZN 25.99 AZN
Kapital XXI əsrdə
pcs.
4.80 AZN 6 AZN
Zəngin olmaq elmi
pcs.
4.79 AZN 5.99 AZN
Yatağını düzəlt
pcs.
11.19 AZN 13.99 AZN
Sağlam cəmiyyət
pcs.
11.12 AZN 13.90 AZN
Startap sənəti 2.0
pcs.